Şirkət
Yeni ofisimiz açıldı
Bakının mərkəzində yeni müasir ofisimiz fəaliyyətə başlayıb. Yeni ofisimiz Fəxrəddin Musayev küçəsində yerləşən Adore Plaza biznes mərkəzində, 6-cı mərtəbədə açılıb.
Yeni ofisimiz müştərilərimizə daha yaxşı xidmət göstərmək üçün bütün müasir imkanlarla təchiz olunub. Geniş qəbul otağı, konfrans zalı və rahat iş otaqları ilə yeni ofisimizdə bizimlə görüşə bilərsiniz.
Müştərilərimizi yeni yerləşdiyimiz ofisdə gözləyirik. Bizimlə görüşmək üçün əvvəlcədən zəng edərək randevu ala bilərsiniz.